!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həkimlərin ölümünü təsdiqlədiyi uşaq cənazəsində oyandı - Ölkəni silkələyən OLAY

!Reklam – Yazi

Mədə ağrısı, qusma və qızdırma simptomları ilə xəstəxanaya yatırılan uşağın nəbzi dayanıb.

Yenicag.az xəbər verir ki, Meksikada yaşanan hadisə ölkəni silkələyib.

Belə ki, avqustun 17-də ana 3 yaşlı övladını “Villa de Ramos” xəstəxanasına aparıb. Buradakı şərait yetərsiz olduğuna görə uşaq San Luis xəstəxanasına köçürülüb. Vəziyyəti bir az yaxşılaşdıqdan sonra evə buraxılan körpənin durumu getdikcə pisləşib və yenidən xəstəxanaya yatırılıb. Xəstəxanada həkimlər körpənin valideynlərinə onun öldüyünü deyib, ölüm kağızını yazıblar.

Ancaq 3 yaşlı uşağın cənazəsində nənəsi onun nəbzinin vurduğunu görüb, gözünü qırpdığının fərqinə varıb. Nənənin təkidilə tabut açılıb və həqiqətən də, onun yaşadığı aydınlaşdırılıb. Tez xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb. Belə ki, qan laxtalandırıcı səbəbindən damarındakı tromb beyninə gedib və həyatını itirib.

Hadisə ölkədə böyük səs-küy yaradıb. Vətəndaşlar hadisədə günahı olan həkimlərin cəzalandırılması tələbini irəli sürüblər.

Hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilir.

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv