“Hələ məşqçiliyə hazır deyiləm”

media-hightechnic-468x90

c756c79f48bb57a73ca8dcbef86523cfŞevçenko: Hələ məşqçiliyə hazır deyiləm

“Karyeramı bitirdiyim vaxtdan 3 il keçir. Amma hələ məşqçiliyə başlamaq haqda düşünmürəm”. Lent.az saytının məlumatına görə, bu sözləri Ukrayna yığmasının və “Milan”ın keçmiş əfsanəsi Andrey Şevçenko deyib.

O, məşqçilik təklifi alacağı halda belə, tələsməyəcəyini bildirib. Şevçenko bunu ailəsi və digər amillərlə əlaqələndirib: “İlk növbədə, məşqçilik kurslarını bitirməliyəm. Bundan sonra bəzi işlərlə məşğul olmaq üçün fasilə götürməliyəm. Ailəm, 4 uşağım var. Onlara da diqqət ayırmaq lazımdı. Müəyyən vaxt keçdikdən sonra yəqin ki, məşqçiliyə başlayaram. Amma indiki məqamda təklif gəlsə belə, buna hazır deyiləm. Tələsmək istəmirəm”.

Qeyd edək ki, Kiyev “Dinamo”sunun yetirməsi olan Şevçenko karyerasını məhz doğma klubunda başa vurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600