Həmid Herisçinin son vəziyyəti açıqlandı - YENİLƏNDİ

media-hightechnic-468x90

Aparıcı Həmid Herisçinin vəziyyətində irəliləyiş var.

Bu barədə Yenicag.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məmmədli modul tipli xəstəxanada davam etdirilir. Səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Mətbuat Şurasının  rəhbərliyinin diqqətindədir”.

***

“Aparıcı Həmid Herisçinin səhhətində heç bir irəliləyiş yoxdur”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Yenicag.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Həmid Herisçinin vəziyyəti ağır olaraq qalır”.

Xatırladaq ki, aparıcı Həmid Herisçi qızılcaya yoluxub. O, ötən gün xəstəxanaya yerləşdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600