Hərbiçilərimiz Finlandiyaya yola düşür

media-hightechnic-468x90

63956Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Yenicag.az anspress-ə istinadən bildirir ki, martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu keçiriləcək.

Bununla yanaşı, Helsinki şəhərində (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minsk şəhərində (Belarusiya) beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar baş tutacaq.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600