Hətta 15 yaşlı qızlar da abort etdiriblər-Azərbaycanda
Yenicag.az modern.az-a istinadən xəbər verir ki, 2014-cü ildə Azərbaycanda 27 220 abort qeydə alınıb.
Bu rəqəm ötən illə müqayisədə 672 abort halının azaldığını göstərir. Komitə rəsmisi bildirib ki, 2014-cü ildə ən az abort etdirənlər 15-17 yaşlılar olub:
“15-19 yaşlılar arasında cəmi 1 161 abort baş verib ki, onlardan 88-i 15-17 yaşlılar, 1 073-ü isə 18-19 yaşlılar qrupunda qeydə alınıb. 20-24 yaşlı xanımlar arasında belə statistik rəqəmlər 5 738, 25-29 yaşlılarda 8 365, 30-34 yaşlılarda 7 756, 35 və yuxarı yaşlılarda isə 4 200 olub”.
Doğuşların sayına gəlincə, komitə rəsmisi deyib ki, cəmi 168 889 doğuş qeydə alınıb, bunlardan 30 561-i qeysəriyyə əməliyyatı ilə baş tutub.
Şöbə müdiri həmçinin bildirib ki, 2013-cü ildə cəmi abortların sayı 27 892 olub:
“15-19 yaşlılar arasında 1 147 abort baş verib. 20-24 yaşlılar arasında 5 710, 25-29 yaşlılar arasında 8 958, 30-34 yaşlılar arasında 7 849, 35 və yuxarı yaşda olanlar arasında isə 4 228 abort qeydə alınıb.
2013-cü ildə doğuşların sayı – cəmi 171 508 olub ki, bunlardan qeysəriyyə əməliyyatı ilə həyata keçirilən doğuşlar 28 954 təşkil edib”.