“Heydər Əliyev və dünya siyasəti”

media-hightechnic-468x90

14302024582476056829_750x500Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun Dünya Siyasəti İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev və dünya siyasəti” mövzusunda elmi konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevi dünya siyasətinin nadir şəxsiyyətlərindən biri kimi xarakterizə edib, Azərbaycan dövlətinin xarici siyasətinin formalaşmasında Ulu Öndərin müstəsna xidmətləri olduğunu vurğulayıb.

Akademik İ.Həbibbəyli dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısında tarixi xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı misilsiz rolundan söz açıb. Bildirilib ki, Azərbaycan Respublikası bütün sahələrdə sürətli inkişafa məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində müvəffəq olub.

Böyük dövlətçilik tarixinə malik Azərbaycanın görkəmli tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər yetişdirdiyini diqqətə çatdıran akademik ümummilli lider Heydər Əliyevin dünya miqyasında qəbul edilən böyük şəxsiyyət olduğunu söyləyib. Bildirilib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyevin Azərbaycan elminin, AMEA-nın tarixində və inkişafında böyük xidmətləri olub. AMEA-nın inkişafının böyük bir mərhələsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra akademiyaya dövlət statusu verilib. “Akademiya “Milli Elmlər Akademiyası” statusunu ulu öndər Heydər Əliyevin sərəncamı ilə qazanıb.

İ.Həbibbəyli bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev də Heydər Əliyevin siyasətini bütün sahələrdə, o cümlədən akademiyaya olan münasibətdə davam etdirir.

Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı “Heydər Əliyev və Azərbaycan Respublikasının dünya siyasətində yerinin müəyyənləşdirilməsi” mövzusunda məruzəsində dövlətimizin xarici siyasətinin və dünya siyasətində yerinin müəyyənləşdirilməsində Ümummilli Liderin rolunu təhlil edib.

Konfransda “Heydər Əliyev: Azərbaycanın BMT ilə əməkdaşlığı”, “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır”, “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın İran siyasəti”, “Azərbaycanın xarici siyasətində ərəb dövlətlərinin yeri və rolu (1993-2003-cü illər)”, “Azərbaycan Respublikasının Fars körfəzi ölkələri ilə siyasi-diplomatık əlaqələri (1993-2003-cü illər)” və digər mövzularda məruzələr dinlənilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600