!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Heyət Təhrir əş-Şam” LEGİTİMLƏŞİR? – “Terror təşkilatları siyahısından çıxarılmalıdırlar”

!Reklam – Yazi

“Ümumiyyətlə, Suriya Yaxın Şərqin güzgüsü rolunu oynayır. Orada baş verən hadisələr birbaşa və ya dolayısı ilə bütün regiona təsir edir. Hazırkı mərhələdə müxtəlif güclərin maraqlarını nəzərə aldıqda, Suriyanın 18 aylıq keçid hökuməti üçün olduqca çətin sınaq dövrü olduğunu demək olar”.

B sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi Suriyada Əsəd rejimin devrilməsindən sonra hakimiyyətə nəzarətə alan “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının “Taliban” kimi legitimliyinin tanınması prosesindən söz açıb.

Xatırladaq ki, 18 aylıq müddətdə Suriyada yeni dövlət sisteminin qurulacağını bəyan edən qruplaşma rəhbəri Əbu Məhəmməd əl-Colani əlavə edib ki, rəhbərlik etdiyi silahlılar növbəti mərhələdə siyasi mübarizə aparacaqlar.

R. Bayramov isə söyləyib ki, hazırda iki əsas yol mövcuddur:

“Birincisi, Suriyanı inkişaf yoluna çıxarmaq, ikincisi isə tayfa və klan müharibələrini davam etdirərək daha da dərinləşdirməkdir. Bu mərhələdə maraqlar çoxdur. Müxtəlif güclərin nəzarətində olan müxalif qruplar mövcuddur və Suriyanın hərbi mənzərəsi də müxtəlifdir: Suriya Milli Ordusu, Suriya Demokratik Qüvvələri, Azad Suriya Ordusu kimi müxtəlif fraksiyalar hazırda bu ölkədə mövcuddur. Hazırkı hökumətin əsas vəzifəsi ölkəni güclü və inkişaf etmiş bir dövlətə çevirməkdir ki, bu da ilk növbədə müxalifət arasında konsensusun yaradılmasından asılıdır”.

Analitikin fikrincə, əgər maraqlar uzlaşdırılarsa, Suriya inkişaf istiqamətində irəliləyəcək:

“Əks halda, tarixdə olduğu kimi, dövlət çevrilişləri və daxili münaqişələr davam edəcək. Suriyanın sabit olduğu dövrlər əsasən Osmanlı İmperiyasının nəzarəti altında olduğu zamanlara təsadüf edir. Həll yolu, maraqlı tərəflərin maraqlarını nəzərə alan bir hökumətin qurulmasından keçir. Müsbət cəhət budur ki, hazırda müxalif qüvvələr legitim əsaslarla nəzarəti əllərinə alıblar. Keçmiş hökumətin səlahiyyətləri təhvil verməsi, bu baxımdan, konstruktiv bir addımdır. Bununla belə, prosesin uğurlu olub-olmaması güclərin maraqlarının nə dərəcədə təmin ediləcəyindən asılı olacaq”.

O, həmçinin vurğulayıb ki, Suriyanın bütövlüyünü istəyən dövlətlər mütləq şəkildə münaqişədə iştirak edən bəzi təşkilatları terrorçular siyahısından çıxarmalıdırlar:

“Əks halda, bu, həmin qüvvələrlə əlaqələrin kəsilməsi və onların legitimliyinin tanınmaması anlamına gəlir ki, nəticədə Suriyaya xarici müdaxilə cəhdlərinə yol aça bilər. Məsələn, İran əvvəllər bəzi müxalif qrupları terrorçu adlandırsa da, hazırda onlarla əməkdaşlığa açıq olduğunu bildirir. Bu dəyişiklik, müxalifət arasında vahidliyin yaranması və kənar güclərin yeni reallıqlarla barışmaq məcburiyyətində qalması ilə əlaqədardır”.

Həmsöhbətimiz söyləyib ki, Türkiyənin prosesdəki rolu xüsusi əhəmiyyət kəsb edir:

“Birincisi, Türkiyə müxalifətin müxtəlif təbəqələri arasında konsensusun əldə olunması üçün fəal şəkildə çalışır. İkincisi, Türkiyə Suriyanın bütövlüyünü qorumaq və PKK, YPG kimi qurumların güclənməsinə mane olmaq üçün mübarizə aparır. Üçüncüsü, Türkiyə, Misir, Qətər və Suriya arasında enerji əməkdaşlığını genişləndirmək məqsədilə bölgəni Avropanın əsas qaz təchizatçısına çevirmək imkanlarını araşdırır. Son nəticədə, Suriyada kimin hakimiyyətdə olması və hansı dövlətin maraqlarının təmin edilməsi məsələlərindən asılı olmayaraq, danışıqların əsas tərəflərindən biri Türkiyə olacaq”.

Rafi Müslümov

www.yenicag.az

804
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv