!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hibrid avtomobillərə marağı artıran AMİLLƏR: “Bu nəqliyyat vasitələrinə üstünlük verilməsi...”

!Reklam – Yazi

“Elektromobillərdə yanacaq məsrəfi ilə bağlı qiymətlər digərləri ilə müqayisədə kifayət qədər əlverişlidir”.

Bu fikirləri son illərdə elektromobillər və hibrid nəqliyyat vasitələrinə artan təlabatın səbəbləri barədə danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu növ avtomobillərə tələbatın artmasında bir çox faktorların rolu var:

“Son illərdə elektromobillərə artan tələbatı yüksək qiymətləndirmək və bütün faktorlar nəzərə almaq lazımdır. Yalnız Azərbaycanda deyil, bütün dünyada elektromobillərə keçid, ətraf mühit məsələləri və ekoloji tarazlığın qorunması baxımından onların üstün tərəfləri kifayət qədər çoxdur.

Elektromobillər atmosferə çirklənmiş karbon qazının daxil olmamasına görə çox əhəmiyyətli nəqliyyat növüdür. Eyni zamanda, yanacağın baha olması faktoru da burada əsas rol oynayan məsələlərdəndir. Elektromobillərdə yanacaq məsrəfi ilə bağlı qiymətlər digərləri ilə müqayisədə kifayət qədər əlverişlidir.

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, buraxılış müddəti üç il olan elektromobillər və hibrid avtomobil vasitələri aksiz verigisindən azad edilib. Həmçinin gömrük rüsumu ilə bağlı kifayət qədər güzəştlər tətbiq olunub. Bu da hibrid avtomobillərin alışı və satışını stimullaşdırır.

Dediyim kimi, elektromobillərin və hibrid avtomobillərin qiymətinin, yanacaq məsrəflərinin az olması və ekoloji faktorlar baxımından əlverişli olması vətəndaşların bu nəqliyyat vasitələrinə marağını daha da artırıb”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv