Hindistanda şiddətli yağışlar nəticəsində 51 nəfər öldü

media-hightechnic-468x90

Hindistanın şimal-şərqində yerləşən 7 ştatda musson yağışları nəticəsində 51 nəfər ölüb, çoxlu sayda insanın itkin düşdüyü bildirilir.

Yenicag.az xəbər verir ki, musson yağışlarından daha çox Assam ştatı zərər görüb. Burada 2,6 milyon insan evsiz-eşiksiz qalıb, 11 nəfər həlak olub. Təxliyə edilən 17 min insan hökumətin qurduğu 327 çadırda yerləşdirilib. Ölkənin şimalında yerləşən Uttar-Pradeş və Bihar ştatlarında sel və daşqınlar nəticəsində 1,9 milyon sakin zərər görüb.

Meteoroloqlar növbəti günlərdə Hindistanın şimal-şərq bölgələrində daha şiddətli leysan yağışlarının olacağını proqnozlaşdırırlar.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600