Hipertoniklər üçün “ağıllı” SAAT

media-hightechnic-468x90

“Huawei” şirkəti dünyada ilk dəfə arterial təzyiqin ölçülməsi funksiyasına malik “ağıllı” saat təqdim edəcək.

Yenicag.az xəbər verir ki, saat haqqında Çinin “Weibo” sosial şəbəkəsində məlumat yayılıb.

Məlumatda bildirilib ki, böyük düzbucaqlı ekrana malik olan “ağıllı” saatın korpusuna iki fiziki klaviş quraşdırılıb.

“Huawei” şirkətinin mobil biznes üzrə prezidenti Hua Heqan bu məlumatları təsdiq edib və şirkətin texnoloji irəliləyiş əldə etdiyini nəzərə çatdırıb.

Top-menecer qeyd edib ki, 2021-ci ilin sonunadək təqdim ediləcək “ağıllı” saat artıq tibbi cihaz kimi qeydiyyatdan keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600