Holland yazıçı Qarabağ həqiqətlərindən yazacaq
Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi çərçivəsində Hollandiya Protestant kilsəsinin üzvü, missioner, yazıçı Japke de Krakerlə görüşüb.
Hollandiya Azərbaycan Evinin qonağı olan xanım Japke de Kraker təşkilatın yaradılması səbəbləri və fəaliyəti ilə maraqlanıb.
E.Mirhəşimli qonağa Azərbaycan, Qarabağ münaqişəsi, 20 % torpaqlarımızın hələ də işğal altında olması, 1 milyon azərbaycanlı qaçqının öz evlərinə qayıda bilməməsindən danışıb. Xanim Japke Azərbaycan haqqında onda az məlumat olduğunu, erməni qaçqınların Azərbaycandan qovulması haqqında məlumatı olduğunu bildirib. “Mən də bu məlumatın yalnış olduğunu bildirdim və qeyd etdim ki, bizim də təşkilatımızın Hollandiyada yaradılmasının səbəbi Azərbaycan, eləcə də Qarabağ haqqında ictimayyətini geniş məlumatlandırmaqdır. Çünki ermənilər bizim haqqımızda burada həqiqətə uyğun olmayan fikirlər formalaşdırırlar”.
E.Mirhəşimli xanım Japkedən Azərbaycan haqqında da kitab yazmasını xahiş edib. Sonda xanım Japke öz kitablarından Hollandiya Azərbaycan Evinə hədiyyə edib. E.Mirhəşimli də millət vəkili Elxan Süleymanovun ermənilərin Azərbaycana təcavüzü ilə bağlı ingiliscə kitabını qonağa hədiyyə edib.
Xatırladaq ki, “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi Hollandiya Azərbaycan Evi və Diaspor Jurnalistləri Birliyi tərəfindən birgə həyata keçirilir