Türkiyə ilə Hollandiyanın qarşı-qarşıya gəldiyi gecə ilə bağlı şokedici fakt üzə çıxdı.
Yeniçağ.Az-ın çox mötəbər mənbələrdən aldığı xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə icazə verilməyib, nazir həmkarı Fatma Betül Sayan Kayanın nümayəndə heyəti ilə birlikdə gözaltına alınıb, Hollandiyadan deport edilməsini İngiltərə planlayıb.
Belə ki, türklərin üzərinə itli-atlı polis hücumu və yaşananlar İngiltərənin bu ölkədəki səfirliyi tərəfindən idarə olunub. Hollandiyanın baş naziri Rutte hadisələrin gərgin olduğu saatlarda iki dəfə bu səfirliyə getmiş, nazir Kaya deport edildikdən və nümayişçilər vəhşicəsinə dağıdıldıqdan bir neçə saat sonra – gecəyarısı səfirlikdən ayrılmışdır.
Qeyd edək ki, Türkiyədə bu gərginlik Rusiya ilə olan “təyyarə krizisi’ ilə müqayisə edilir və o prossesdə FETÖ-dən istifadə edən gücün Türkiyəyə qarşı növbəti oyunu ola biləcəyi qeyd edilir. Hollandiyanın ingilislərlə olan yaxınlığı da nəzərə alınarsa, Ruttenin ingilis səfirlə birlikdə Türkiyəyə qarşı belə bir oyun oynamasında təəccüb doğuracaq məqam qalmır.
Yeniçağ.Az
www.yenicag.az