Hülya Avşardan Kamal Kılıçdaroğluna qarşı məhkəmə iddiası

media-hightechnic-468x90

26962384Türkiyənin məşhur müğənnisi Hülya Avşar CHP sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verərək, ondan 100 min türk lirəsi qarşılığında mənəvi təzminat tələb edib.

Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, Hülya Avşarın sədri məhkəməyə verməsinə səbəb dekabrın 15-da onun verdiyi açıqlama olmuşdur. Belə ki, CHP başqanı həmin canlı çıxış zamanı Hülya Avşarı yaltaq adlandıraraq, onun sənətçi olmadığını vurğulayıb.

Hülya Avşar da bu kəlimləri özünə qarşı təhqir hesab edərək başqanı məhkəməyə verib. Kamal Kılıçdaroğluna qarşı hazırlanan məhkəmə sənədlərində bildirilir ki, sözügedən sənətçi yaltaqlıqla deyil, öz alın təri ilə uğur əldə edib və ölkəsində nüfuz qazanıb.

Qeyd edək ki, sənətçi vəkilləri vasitəsilə bu məsələnin hüquqi müstəvidə həlli yolu tapılacağına əminliyini ifadə edib və 100 min türk lirəsini tələb etməkdə də israrlıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600