Bir neçə gün əvvəl Londonda hündürmərtəbəli binada güclü yanğın baş vermişdi.
Yenicag.az RİA Novosti-yə istinadən xəbər verir ki, London meri Sadiq Xan açıqlamasında:
“1974-cü ildə tikilən binanın yanmasının ardından, hökumətin qərarı ilə həmin illərdə inşa edilən bütün hündürmərtəbəli binalar sökülə bilər. Hazırda həmin binaların siyahısını dəqiqləşdiririk. Belə bir hadisənin yaşanmaması üçün 1960-70-ci illərdə tikilən və istifadəyə yararsız binaların sökülmə ehtimalı var”.
Xatırladaq ki, 24 mərtəbəli binanın yanması nəticəsində təxminən 30 nəfər həlak olub, 58 nəfə isə itkin düşüb.