“Hüseynin ruhundan üzr istəyirəm”

media-hightechnic-468x90

nbvnvnfMüğənni Nadir Qafarzadə 106.3 FM-də yayımlanan “Müleyli” şousuna telefonla qoşularaq dünyasını dəyişmiş reper Hüseyn Dərya ilə bağlı dediklərinə aydınlıq gətirib.

Məlumata görə, sənətçi, “Ölüb, cəhənnəmə ölsün!” ifadəsinə görə üzr istəyib:   “Hüseyn Dərya ilə həyatda ikən tanışlığım olmayıb. Onun kimi insanlardan qaçmışam. Bunu pis mənada demirəm. Bizim yaşam tərzimiz fərqli idi. Onunla bircə dəfə üz-üzə gəlmişəm. Sumqayıt televiziyasında qonaq idim, içəri pis geyimdə biri girdi. Məndən pul istədi, verdim. Çıxandan sonra soruşdum ki, bu kimdi? Dedilər: Hüseyn Dərya. Pis oldum. Düzdü, onun haqqında “Ölüb, cəhənnəmə ölsün!” ifadəsini demişəm. Amma məni bu həddə Hüseynin pərəstişkarları çatdırdı! Onlar məni qalmaqala sürüklədilər! Dediyim sözün arxasında dururam. O pərəstişkarlardan soruşmaq istəyirəm, bu vaxta qədər harda idiniz? Niyə Dəryaya lazım olanda yanında deyildiniz? İnsan öləndən sonra necə qiymət verirmişlər?! Özümü Hüseynin ruhu qarşısında günahkar hiss edirəm. Onun ruhundan üzr istəyirəm, başqa heç kimdən” (axşam.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600