“İbrahim”dən gələn NÖVBƏTİ TƏKLİF – Bakının yanaşması NECƏ OLACAQ?

media-hightechnic-468x90

“Donald Trampın Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaqla bağlı dəvəti diqqətçəkən siyasi jestdir. Bu, ilk növbədə, Azərbaycanın artan regional və qlobal nüfuzunun göstəricisidir. “İbrahim sazişləri” Orta Şərqdə yeni əməkdaşlıq formatı yaradan, xüsusilə İsrail və ərəb ölkələri arasında münasibətləri normallaşdıran bir təşəbbüsdür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi ekspert Tural İsmayılov deyib.

media-turalismayilov1

O bildirib ki, Azərbaycanın bu sazişə qoşulması Cənubi Qafqazdan Yaxın Şərqə uzanan yeni diplomatik körpü anlamına gələcək:

“Azərbaycan uzun illərdir həm İslam dünyasında, həm də Qərblə münasibətlərdə balanslı siyasət yürüdür. Bu balanslı siyasət sayəsində ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunur. Qoşulma Azərbaycanın ABŞ və İsrail ilə strateji əməkdaşlığını daha da gücləndirə bilər. Eyni zamanda, ərəb dünyasında da nüfuzumuzu artıracaq bir mexanizm kimi çıxış edə bilər. Azərbaycanın enerji və nəqliyyat sahəsində böyük potensialı bu saziş çərçivəsində yeni iqtisadi fürsətlər yaradacaq. Bakı artıq regionun enerji mərkəzinə çevrilib və bu status “İbrahim sazişləri” ilə daha da möhkəmlənə bilər”.

“Bundan əlavə, Azərbaycanın dini və etnik tolerantlıq ənənəsi bu təşəbbüsə uyğun bir zəmin yaradır. “İbrahim sazişləri”nin əsas fəlsəfəsi sülh, əməkdaşlıq və qarşılıqlı faydadır ki, bu da Azərbaycanın xarici siyasət kursuna tam uyğun gəlir. Qoşulma Azərbaycanı həm diplomatik, həm də iqtisadi baxımdan daha geniş şəbəkəyə inteqrasiya edəcək”, – deyə o, əlavə edib.

T. İsmayılov yekunda onu da söyləyib ki, bu təşəbbüs Ermənistanla sülh prosesində Azərbaycanın əlini gücləndirəcək siyasi dəstək platforması kimi çıxış edə bilər:

“Bu addım Azərbaycanın beynəlxalq imicinə əlavə güc qazandıracaq. “İbrahim sazişləri”nə qoşulmaq ölkəmizi həm Şərqdə, həm də Qərbdə birləşdirici mərkəz rolunda daha da möhkəmləndirə bilər. Bu təşəbbüs Azərbaycanın artan geosiyasi çəkisini bütün dünyaya nümayiş etdirəcək. Nəticə etibarilə, qoşulma Azərbaycanın yüksəlişinə yeni təkan verə bilər və ölkəmizi qlobal sülh təşəbbüslərinin ön sırasına çıxarar”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa