İçərişəhərə avtomobillərin girişi məhdudlaşacaq

media-hightechnic-468x90

Yol polisi yolda 240212Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri aprel ayında İçərişəhərdə davam edəcək.

Filmin çəkilişləri ilə əlaqədar aprelin 1-dən 14-dək İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Aprelin 4-dən İçərişəhərin Qoşa qala qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.
Çəkilişlər əsasən İçərişəhərin Qoşa qala qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq.

Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600