İcra başçısı dəmiryoluna baxış keçirdi

media-hightechnic-468x90

demiryolsamir4“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yollarının Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində təmir işlərinin gedişi ilə tanış olub.

Yenicag.az azadinform-a istinadən xəbər verir ki, Cavid Qurbanov Sumqayıt sərnişin stansiyasının yenidənqurulması üçün təqdim olunan layihələrə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovla birgə baxış keçirib. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-dən başlanılıb və bu günə kimi 24 kilometr yol əsaslı təmir olunub. Hazırda Keşlə-Biləcəri mənzilində əsaslı təmir işləri davam edir. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600