Şəmkir Rayon İcra hakimiyyətinin (RİH) başcısının müavini vəzifəsindən azad olunub.
RİH-dən “Report”un Qərb bürosuna verilən məlumatına görə, icra başçısının müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Həmin vəzifəyə RİH-də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aynur Ayaz qızı Abdullayeva təyin edilib.
Yenicag.az
www.yenicag.az