!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai nəqliyyatda güzəşt TƏKLİFİ: Bu güzəştlər hansı metodla mümkündür?

!Reklam – Yazi

“Dünyanın böyük şəhərlərinin ictimai nəqliyyat praktikasına nəzər yetirsək, abunəliklərin mövcud olduğunu görərik”.

Bunu Yenicag.az-a açıqlamasında ictimai nəqliyyatdan istifadədə müəyyən güzəştlərin tətbiqi barədə fikirlərini açıqlayan iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycanda sözügedən praktika 90-cı illərdə tətbiq olunsa da, uğursuz alınıb.

“Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyatın təşkilində əsasən özəl sektor iştirak edir. Özəl sektor isə dövlətin tətbiq edəcəyi güzəştlər üçün əziyyət çəkməməlidir. Öncə də qeyd edilən kimi, bir zamanlar güzəştlər tətbiq olunub. Lakin uğursuzluq yaşanıb. Buna isə bir sıra amillər təsir edib.

Misal üçün məcburi köçkünlərə kommunal xidmətlər pulsuz idi. Nəticədə isə insanlar səmərəli istifadədən yayınmağa, qənaətcilliyi unutmağa başladı. Belə olan halda, dövlət pul kompensasiyaları verməyi daha uyğun gördü.

Dünyanın böyük şəhərlərinin ictimai nəqliyyat praktikasına nəzər yetirsək, abunəliklərin mövcud olduğunu görərik. Yəni müəyyən məbləğ qarşılığında, 1 aylıq, 6 aylıq və yaxud 1 illik abonentlik əldə etmək olur. Edilə biləcək ən yaxşı güzəşt yalnız bu metodla mümkündür”, – deyə iqtisadçı bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv