!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İDDİA: Rusiya miqrasiya qanunvericiliyini sərtləşdirir – Bu ölkədə işləyən bütün işçilər…

!Reklam – Yazi

“Crocus City Hal”da baş verən terror aktından sonra Rusiya çox güman ki, özünün miqrasiya qanunvericiliyini sərtləşdirmək yolu ilə gedəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Nezigar” “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, hazırda, rusdilli “Telegram” platformalarında hakim olan fikirlərə baxsaq, görərik ki, “post-Crocus” effekti miqrantlara qarşı gərginliklə xarakterizə edilir.
İddilara görə, bu da Mərkəzi Asiya respublikalarının rəhbərlərinin daha məsuliyyətli mövqe formalaşmasına gətirib çıxaracaq.

Məlumata görə, Tacikistan, Özbəkistan və Qırğızıstan liderləri Rusiya rəhbərliyinin tələblərinə cavab verməyə və onlardan Rusiyaya gedən əməkçi miqrantlara qarşı nəzarət və məsuliyyəti artırmağa hazır olduqlarını bildiriblər:

“Hesablamalara görə, Tacikistan və Qırğızıstanın ÜDM-nin təxminən yarısını əmək miqrantlarının göndərdiyi pul köçürmələri təşkil edir.

Özbəkistan üçün Rusiyaya işçi qüvvəsinin ixracı həm ÜDM-in tərkibində, həm də ümumi məşğulluq sistemində böyük əhəmiyyət kəsb edir. Ona görə də bu ölkələrin rəhbərləri hər şeyi etməkdə maraqlıdırlar ki, onlardan iş qüvvəsi ixracının həcmi birdən-birə azalmasın. Bu şərtlər daxilində sözügedən axının tənzimlənməsi üçün addımların atılacağı da göz qabağındadır.

Digər tərəfdən, rusiyalı ekspertlər qeyd edirlər ki, Moskvada və Rusiyanın digər meqapolislərində əməkçi miqrantların ciddi şəkildə yoxlanılması və deportasiyası son dərəcə təsirli sayıla bilməz, baxmayaraq ki, bu, şübhəsiz ki, miqrantların əhval-ruhiyyəsinə təsir göstərir.
Rusiyadakı milli icmaların rəhbərlərinin çatdırmalı olduğu əsas mesaj isə belədir: neqativ bir hadisə baş verərsə, Rusiyada vicdanla işləyən bütün digər işçilər əziyyət çəkəcək”.

Kanalın məlumatına görə, yuxarıda adı çəkilən milli icmaların rəhbərlərinə cinayət və terrorizmin qarşısının alınması məsələsində Rusiya hakimiyyət və xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələri üçün əlverişli zəmin yaratmaq lazımdır:

“Rusiya qüvvələrinin hazırkı fəaliyyəti əməkçi miqrantlara və onların ictimai təşkilatlanma formalarına olan tələbləri artırmaq məqsədi daşıyır. Hazırda Rusiyada anti-immiqrant əhval-ruhiyyə artmağa başlayıb. İcma rəhbərləri bütün bunları başa düşür və miqrantlara münasibətin daha da pisləşməsi birmənalı olaraq onların maraqlarına uyğun deyil. Bu vəziyyətdə yaxın bir neçə ayda cəmiyyətdə anti-immiqrant əhval-ruhiyyəni ən azı yumşaldacaq belə tədbirlərin görüləcəyi gözlənilir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv