“İdmançının oturmasını siyasiləşdirmək lazım deyil”

media-hightechnic-468x90

92369“Bəxtiyar Abbasovun himn səsləndirilən zaman oturmasını siyasiləşdirmək lazım deyil. O, sadəcə özünü pis hiss etdiyi üçün belə edib”.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sambo üzrə yığma komandanın baş məşqçisi Yaqub Abdullayev açıqlamasında deyib. O, Bəxtiyar Abbasovun himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyini, buna görə də oturduğunu vurğulayıb: “Bu məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər”.

Qeyd edək ki, azərbaycanlı idmançı Bəxtiyar Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutub. 1-ci yeri isə Aşot Danielyan qazanıb. Qaliblərin mükafatlandırılması zamanı isə samboçu qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himni zamanı ayaq üstə dayanmayıb və oturub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600