!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İftarla imsak arasında nə qədər su içmək lazımdır?

!Reklam – Yazi

Türkiyəli dietoloq Hilal Mutlu iftarla sahur və çay arasında 2-2,5 litr su içməyi şiddətlə tövsiyə edib.

Yenicag.az xəbər verir ki, mütəxəssis oruc tutan şəxslər üçün faydalı məsləhətlər verib:

“17 saat ac qalan bədən iftarda həm fiziki, həm də mənəvi aclığı öldürmək istəyir. Adi halda bədənin nə qədər qida dəyərinə ehtiyacı varsa, Ramazan ayında da eynidir. 1 stəkan su və 1-2 xurma ilə orucu açdıqdan sonra şorba için və 10-15 dəqiqə fasilə verin. Dovğa və ya soyuq şorbalar gün ərzində ac qalan bədənin ehtiyaclarını ödəmək üçün xeyirdir. Əsas ət yeməklərinin yanında mütləq qatıq, az yağlı xama və ya yüngül salat yeyin yeyin. Kompot şəkərsiz olmalıdır. Qızartma və çox yağlı yeməklər iftar üçün əlverişli deyil. Həftədə iki gün xəmir xörəklərinə üstünlük verin, qalan günlərdə taxıl çörəyindən istifadə edin çünki orucla birlikdə dəyişən qidalanma qəbizliyə səbəb olur. 30-45 dəqiqə sonra orta tempdə yürüşə çıxmaq lazımdır ki, zəifləyən metabolizm aktivləşsin”.

Dietoloqun sözlərinə görə, iftarla imsak rasında mümkün qədər çox su qəbul etmək lazımdır:

“Çay və qəhvə suyu əvəz edə bilməz, əksinə sidikqovucu təsir yaradaraq bədənin su ehtiyatını azaldır. İftardan bir neçə sat sonra meyvə, süd və yüngül desertlər yeyilməlidir. 1 stəkan minerallı ayran da gündüz tər yolu ilə orqanizmdən atılan mineralları bərpa etmək üçün yaxşı alternativdir. Şərbət və kremli qənnadı məhsullarını süd desertləri, meyvə və dondurma ilə əvəz edin. İmsakda isə zülal baxımdan zənginərzaqlara yer vermək lazımdır. Yumurta, az yağlı pendir, göyərti, taxıl çörəyi və qoz imsak üçün ​​ən yaxşı seçimdir”.

COP29

www.yenicag.az

7177
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv