İğtişaş zamanı 11 nəfər saxlanılıb
Ötən gecə Stokholm şəhərinin yanında 30 nəfərin iştirak etdiyi iğtişaşlar zamanı 11 nəfər saxlanılıb.
Saxlanılanların dindirilməsi gün ərzində baş tutacaq. Onlardan dördünün hələ 18 yaşı tamam olmayıb. Gənclər vandalizmdə ittiham olunurlar.
İğtişaşlar yerli məktəbin yığıncağında başlayıb. Hadisə yerinə polislər gələndə onların üzərinə yandırıcı maye və kərpiclər atıldı.
Polis hələ ki, iğtşaşların səbəbini axtarır. İştirak edənlərin çoxusunun maskada olduğundan söhbətin planlaşdırılmış aksiyadan getdiyi ehtimal olunur.
(trend.az)