İki metrostansiyanın girişi açıldı

media-hightechnic-468x90

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq avqustun 21-dən metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcəklər.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələri və sosial məsafəni gözləmələri xahiş edilir. Tövsiyə olunur ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600