Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən “El Ateneo Grand Splendid” adlı teatr binası bura gələnlərin marağına səbəb olub.
Yenicag.az xəbər verir ki, hal-hazırda kitab evinə çevrilmiş bu binaya ildə 1 milyondan çox ziyarətçi gəlir.
Bina mühafizə olunmuş memarlıq quruluşu ilə diqqət çəkir. Teatr binasının memarları isə Pero və Torres Armengoldur.
Tavanındakı freska təsvirləri Nazareno Orlandi tərəfindən, sütunları isə Troiano Troiani tərəfindən hazırlanıb. 1919-cu ilin may ayında açılan bu bina 1050 nəfərlik bir opera binası olaraq fəaliyyətə başlayıb, 2000-ci illərin əvvəlindən başlayaraq kitab evinə çevrilib.
Təxminən 2000 kvadratmetrlik bir sahəyə malik olan “El Ateneo Grand Splendid” kitab evini ildə 1 milyondan çox insan ziyarət edir. Bu kitab evi sayəsində insanlar minlərcə kitablardan istifadə etmək imkanı qazanır.
Tahirə Nur
www.yenicag.az