İlham Əliyev bir sıra görüşlər keçirib

media-hightechnic-468x90

Ilham_Aliyev_160412_albom_6Azərbaycan prezidenti İlham Əliyev fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı İran prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini vurğulayıb. O, M. C. Zərifin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin məhsuldar olacağına və əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

M. C. Zərif isə ölkələr arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu söyləyib. O, ölkələr arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600