İlham Əliyev çexiyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

COP29