İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

Prezident İlham Əliyev Ağdaş rayonunun Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, on üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

ilhameliyevesas5Azərbaycan prezidenti İlham Əliyev “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 may tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, Miqrasiya Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

10.1-ci maddəyə “Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər” cümləsi əlavə edilib.

38.7-ci maddədə “Turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilib.

45.0.4-cü və 46.1.7-ci maddələrdə “müdafiə” sözü “hərbi” sözü ilə əvəz edilib.

79.1.3-cü maddənin sonunda aşağıdakı məzmunda 79.1.4-cü maddə əlavə edilib: “79.1.4. qaçqın statusu verilməsindən imtina edildikdə”.

79.5.2-ci maddəyə “ləğv edilmiş” sözlərindən sonra “, habelə qaçqın statusu verilməsindən imtina edilmiş” sözləri əlavə edilib.

Qanunun 1.1-ci maddəsi 2017-ci il yanvarın 1-dən, digər müddəaları isə dərc edildiyi gündən qüvvəyə minir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600