İlham Əliyev Türkiyəyə səfər edəcək

media-hightechnic-468x90

ilham eliyev dfvb052Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qars səfəri öncəsi şəhərin küçələri iki ölkənin bayraqları ilə bəzədilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, prezidentlər Qarsda Azərbaycan tərəfindən həyata keçirilən Heydər Əliyev adına Anadolu Liseyi ilə TANAP layihəsinin təməlqoyma mərasimlərində iştirak edəcək. Mərasimlərdə dövlət başçıları ilə yanaşı hər iki ölkədən çox saylı dövlət və hökümət nümayəndələrin də iştirak edəcəyi gözlənilir.

Prezidentlərin səfəri ilə bağlı açıqlama verən Qars valisi Günay Özdemir TANAP lahiyəsinin təməlqoyma mərasiminin bölgə üçün əhəmiyyətli olacağını deyib.

Qeyd edək ki, Qarsda TANAP-ın təməlqoyma mərasiminin martın 17-də keçiriləcəyi bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600