İlham Əliyev icra başçılarının yerini dəyişdirdi

media-hightechnic-468x90

Ilham Eliyev Imzalanma 130510Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ucar və Göyçay rayonlarına yeni icra başçılarının təyin olunması haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, İlham Əliyevin imzaladığı sərəncama əsasən, Mənsur Həmzə Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin imzaladığı digər bir sərəncama əsasən, Mübariz Alı oğlu Ağayev Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, bundan əvvəl İlham Əliyev Qubanın icra başçısı Mübariz Alı oğlu Ağayev işdən çıxarılması, onun yerinə isə Yaşar Qəhrəman oğlu Məmmədovun (Ucarın keçmiş icra başçısı) təyin edilməsi barədə sərəncam imzalamışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600