İlhamə Quliyevanın səhhətindən xəbər var

media-hightechnic-468x90

sasa1Azərbaycanın xalq artisi İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq.

Xalq artistinin xalası oğlu Vüqar ans press-ə onun sağlamlığı haqqında danışıb.

Onun sözlərinə görə, İlhamə Quliyevanın vəziyyəti əladır və 2-3 günə xəstəxanadan çıxacaq.

Xatırladaq ki, İlhamə Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub. Bu əməliyyatdan sonra damarlarında problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanmalı olub(aznews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600