İlk mobil telefon zəngi
Bu zəng 1973-cü il aprelin 3-de amerikalı mühendis, fizik, mobil telefonların “atası” Martin Kuper terefinden Nyu-Yorkda edilib. Avtomobillərdəki radio telefonlar üzərində işləyən Kuper bunu təkmilləşdirmək fikrinə düşür və beləliklə, 3 aprel 1973-cü il tarixdə bu zəng baş verir. Həmin gün “Bell Laboratories” şirkətinin konstruktor şöbəsinə telefon zəngi gəlir. Araşdırma bölməsinin rəhbəri Coel Engel telefonda Kuperin səsini eşidir.
“Tap görüm, hardan zəng edirəm?” – deyə sual verən Kuper daha sonra deyir: “Sənə əsil mobil telefondan zəng edirəm”.
Kütləvi satış üçün ilk mobil telefon isə 31 il əvvəl 1983-cü ildə “Motorola” tərəfindən istehsal olunmuş və bu telefonun çəkisi 794 qram, qiyməti isə 3995 dollar idi.
(bizimyol.info)