İngiltərə parlamentində təcavüz skandalı davam edərkən, daha bir qalmaqal meydana çıxıb.
Yenicag.az xəbər verir ki, “Press Association” ingilis parlamentarilərinin porno həvəskarı olduğunu ortaya çıxarıb. Aparılan araşdırmalara görə, təkcə ötən ilin iyun-iyul aylarında İngiltərə Parlamentinin internet şəbəkəsi üzərindən 24473 dəfə pornoqrafiq video və şəkillərə baxılıb.
Millət vəkilləri və işçilərin gündə orta hesabla 160 dəfə pornoqrafiq film izlədiyi İngiltərə Parlamenti çarəni “bloklama”da görüb. 9467 bu tip saytın əngəlləndiyi bildirilir.
Parlamentdən verilən açıqlamaya görə, 2017-ci ildə pornoqrafiq saytlara baxış sayı 2016-cı ilə nisbətdə daha azdır. Belə ki, 2016-cı ildə baxış sayı 113208 olub.
www.yenicag.az