İnsan beyin hüceyrələri siçana köçürüldü

media-hightechnic-468x90

indir (5)ABŞ-ın Nyu-York ştatının Rokhester Universitetinin alimləri beyin xəstəliklərini daha yaxşı anlamaq və müalicə üsulları tapa bilmək üçün siçanların beyninə insan beyin hüceyrələrini köçürüblər.

Alimlərin təcrübəsi nəticəsində həmin siçanların bir ildən sonra adi siçanlardan fərqi nəzərə çarpıb. Məlumata görə insan beyin hüceyrələrini özlərində daşıyan siçanlar daha ağıllı olurlar. Araşdırma qrupunun üzvü Stiv Qoldman isə bildirib ki, insan beyin hüceyrəsi köçürülsə də, siçanların davranışında elə də nəzərəçarpan hərəkət qeydə alınmayıb. “Məqsədimiz beyin ilə əlaqədar xəstəlikləri daha asan araşdırmaq və həyati riskləri zərərsizləşdirməkdir. Biz buna görə insan hüceyrələrini siçan balalarına köçürdük. Siçanların beynindəki hücerələr ulduz şəklində formalaşıb. Hər siçanın beyninə 300 min insan beyni hüceyrəsi köçürülüb. Bir ildən sonra isə bu hüceyrələrin sayı 12 milyona çatıb”,-deyə alim bildirib.

(modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600