“Apple” şirkətinin keçən ilki flaqman modellərindən olan “iPhone 11″in kamera performansı gözlənildiyi kimi olmayıb.
Yenicag.az xəbər verir ki, kamera testləri edən DxOMark araşdırmalarının nəticələrinə görə “iPhone 11”, bir üst səviyyə olan “iPhone 11 Pro Max”dan çox geri qalır.
Telefon ümumi kamera performansına 109 xal alıb. “iPhone 11” 110 xal alan “Mi 9″un gerisində qalaraq, 2 il əvvəl çıxan “Huawei P20″ilə eyni xalı toplayıb.
“iPhone 11” daha əvvəlki model olan “XS Max”ı keçsə də (106 xal), 117 xal toplayan “11 Pro Max”ın çox gerisində qalıb. Buna ən əsas səbəb isə “11 Pro Max” modelində olan 3-cü lensin standart modeldə olmaması göstərilir.
Telefonun lensinin olmaması səbəbilə zoom(yaxınlaşdırma) performansı çox da yaxşı nəticə əldə etməyib, amma sürətli avtomatik fokus funksiyasının olması şəkil performansının 112 xal almasına səbəb olub.
www.yenicag.az