“iPhone” 5G-ni dəstəkləyəcək

media-hightechnic-468x90

2022-ci ildə istehsal ediləcək bütün “iPhone” modelləri 5G texnologiyası ilə təchiz ediləcək.

Yenicag.az xəbər verir ki, 5-ci nəsil mobil rabitəni dəstəkləyən aşağı büdcəli “iPhone” artıq gələn ilin ilk yarısında təqdim olunacaq. Cihaz bu il “Premium” sinifə aid “iPhone”larda istifadə olunacaq A15 prossesoru ilə işləyəcək.

5G-yə qoşulma isə “Qualcomm X60” modemi vasitəsilə həyata keçiriləcək.

Məlumata görə, SE-nin əvvəlki modelləri kimi aşağı büdcəli “iPhone” daha mükəmməl olan OLED displeyə deyil, 4,7 düym ölçülü maye kristalik ekrana malik olacaq və “iPhone 8”-in yenilənmiş versiyasına bənzəyəcək.(report)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600