!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"iPhone X" istifadəçiləri bu problemdən ŞİKAYƏTÇİDİRLƏR

!Reklam – Yazi

Smartfon batareyasının müəyyən müddətdən sonra zəifləməsi tamamilə normal haldır və bu, batareyalarda olan litium-ion elementlərin çalışmaları ilə bağlıdır.

Yenicag.az xəbər verir ki, “iPhone X” modelinin istifadəçiləri bu hal ilə heç razı deyillər.

Belə ki, internetdə iPhone X istifadəçiləri tərəfindən bu mövzu barəsində şikayətlər ortaya çıxmağa başlayıb.

Onlar qeyd ediblər ki, smartfonun yetəri qədər enerji səviyyəsinə sahib olmasına baxmayaraq o avtomatik olaraq sönür.

Apple şirkətinin rəsmi foumunda və Reddit saytında istifadəçilər öz iPhone X smartfonlarında 20% enerjinin olmasına baxmayaraq smartfonlarının avtomatik olaraq sönmələrindən şikayətləniblər.

İstifadəçilərin çoxusu bu məsələni smartfonlarda olan batareyaların çalışma keyfiyyətlərinin aşağı düşməsi ilə əlaqələndirib.

Belə ki, əvvəlki iPhone modelləri bu problem ilə qarılaşmayaraq illərlə çalışa bilirdilər. Şirkətin saytında təqdim edilmiş təlimata əsasən Apple bunu öz tərəfindən yaranan problem kimi qəbul etmir.

“Adi batareya normal istifadə və 500 şarj prosesi dövrü müddəti ərzində həcminin 80%-nə kimi enerji saxlanması üçün nəzərdə tutulub. İllik zəmanət batareya probleminin aradan qaldırılmasında yardımçı olur.

Əgər zəmanət müddəti keçibsə şirkət əlavə ödəniş müqabilində batareya probleminin aradan qaldırılmasını təklif edir” – deyə şirkət saytında qeyd edilib. Hal hazırda zərər çəkmiş cihazın uzunmüddətli çalışmasını yenidən təmin etməyin bir yolu var.

O da ki, Apple şirkətinin rəsmi xidmət mərkəzlərində smartfon batareyasının dəyişdirilməsidir./Technote/

www.yenicag.az

792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv