!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadi böhran və silahlanma yarışı: Rusiyanı SSRİ-nin taleyi gözləyir?

!Reklam – Yazi

Rusiya son 20 ildə ilk dəfə özünün geosiyasi əleyhdarları ilə yarışaraq hər il yüz milyardlarla dollar sərf etdiyi hərbi xərclərini azaldıb.

Yenicag.az xəbər verir ki, silahlanma yarışı və bu yarışda “qələbə” Sovet İttifaqına canı bahasına başa gəlib. İmperiya bir anda dağılıb və özündən geriyə çox sayda problemləri olan 15 dövlət qoyub. İndisə bu ölümcül yarışa Rusiya da qoşulub. Lakin onun iqtisadiyyatı artıq bu kimi yarışa tab gətirmir. Bir tərəfdən Qərbin sanksiyaları, digər tərəfdən qlobal hərbi avantüraya sərf olunan xərclər milli iqtisadiyyatın belini büküb. Hökumət sosial proqramları həyata keçirmək üçün nəzərdə tutulan dövlət xərclərini azaltmağa məcbur qalıb. Nəticədə əhalinin azgəlirli hissəsi yoxsulluğa doğru yuvarlanıb. Statistikaya əsasən, 2018-ci ilin birinci rübündə rusların gəlirləri bir neçə faiz də azalıb. İqtisadçıların hesablamalarına görə, Rusiyanın əhalisinin 50%-dən çoxu gündə 10 dollardan daha az qazanır.

İqtisadi böhranın dərinləşməsi bütün ölkə üzrə urbanizasiya prosesini də gücləndirib. Əgər 10 il aqrar sənayeyə ayrılan sərfəli kreditlər sayəsində kənd təsərrüfatının inkişafında irəliləyiş müşahidə olunurdusa, 2015-ci ildən başlayaraq Rusiya iqtisadiyyatının bu sahəsində geriləmə başlayıb. Kənd təsərrüfatı müəssisələri və fermalar bir-birinin ardınca bağlanıb. Kreditorlar yüzlərlə tərk edilmiş, boş müəssisələri müsadirə ediblər. Bir zamanlar işıqlı gələcəyə inanaraq kredit götürən və öz fermasını açan onlarla insan böhrandan sonra müflis olub. Belə ki, böhran nəticəsində əhalinin alıcılıq qabiliyyəti azalıb, daxili ərzaq bazarı məhdudlaşdırılıb, Avropa və Amerika ölkələrindən gələn yemlərin qiyməti bahalaşıb. Bu qədər müəssisələrin bağlanması isə işsizliyin səviyyəsini nəzərə çarpacaq dərəcədə artırıb və qida məhsullarının qiymətinin bahalaşmasına səbəb olub.

Xatırladaq ki, 2017-ci ildə Rusiyada hərbi xərclər 1998-ci ildən etibarən ilk dəfə azalıb. SIPRI beynəlxalq araşdırma institutunun hesabatlarına əsasən, 2016-ci illə müqayisədə azalma 20% artaraq 66,3 milyard dollar təşkil edib.

Beynəlxalq hərbi ekspertlərinin tərtib etdiyi reytinqdə Rusiya dördüncü mövqedə qərarlaşıb. Beləliklə, reytinqin ilk pilləsində ABŞ (610 milyard dollar), ikinci yerdə Çin (228 milyard dollar), üçüncü yerdə Səudiyyə Ərəbistanı (69,4 milyard dollar) möhkəmlənib. Beşinci pillədə isə Hindistan (63,9 milyard dollar) yer alıb.

Mərkəzi və Qərbi Avropa ölkələrində isə əksinə, hərbi xərclərin artımı müşahidə olunub.

Bir müddət əvvəl NATO ölkələri xəzinədən müdafiəyə ödənişlərini artırmaq barədə razılığa gəliblər. Alyans üzvləri 2017-ci ildə hərbi xərclər üçün 900 milyard dollar ayırıb. Bir zamanlar SSRİ-nin geosiyasi nəzarəti altında olan Şərqi Avropa ölkələrinin hərbi büdcəsinin artması Kremli daha çox qəzəbləndirir. Çünki bütün bu ölkələr qısa bir zaman öncə NATO-ya qoşulublar və ABŞ-la bütün sahələrdə fəal əməkdaşlıq edirlər. İqtisadiyyat inkişaf edir, xalqın rifahı yüksəlir. İndi onlar səylə sovet stereotiplərini ictimai şüurdan təmizləyirlər.

Yeniçağ analitk mərkəzi

COP29

www.yenicag.az

1403
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv