İran ermənilərin ölkəyə girişini asanlaşdırıb.
Yenicag.az “Tehran Times”a istinadla xəbər verir ki, bu yaxınlarda İranda gömrük prosedurlarının azaldılması və İrana gedən Ermənistan vətəndaşlarının transsərhəd keçidinin sürətləndirilməsinə yönəlmiş proqram rəsmi olaraq işə salınıb.
Qəzetin məlumatına görə, plan həmçinin İranın turizm sənayesini inkişaf etdirmək, qonşu ölkələrlə əlaqələri gücləndirmək və Ermənistan və digər ölkələrdən daha çox turist cəlb etmək məqsədi ilə sərhəddə vasitəçilərin, xərclərin və gözləmə vaxtının azaldılması, eləcə də beynəlxalq avtomobil səyahətlərinin təşviqi məqsədi daşıyır.
Analitiklər hesab edirlər ki, İran ilə Ermənistan arasında gömrük prosedurlarının azaldılması və transsərhəd keçidlərin sürətləndirilməsinə yönəlmiş proqramın işə salınması, iki ölkə arasındakı iqtisadi və siyasi münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
İrəvanda hesab edirlər ki, bu proqramın məqsədi ticarət və turizm əlaqələrini canlandırmaq, regionda iqtisadi fəaliyyətləri genişləndirməkdir. “İran və Ermənistan arasında sərhəd keçidlərinin sürətləndirilməsi həm də logistika və nəqliyyat proseslərini asanlaşdıraraq, tərəflər arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır”, nəşr yazıb.
Rafi Müslümov
www.yenicag.az