!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran mediası prezident seçkilərindən nələr yazır?

!Reklam – Yazi

İranın rəsmi və qeyri-rəsmi mediası bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri barədə materiallar dərc edirlər.

Yenicag.az xəbər verir ki, materiallarda “Fars”, “Tasnim”, “Mehr” və başqa məşhur media orqanlarının seçkilərlə bağlı tərəfsiz mövqedən çıxış edib, yalnız rəsmi statistik məlumatları paylaşmaları diqqət çəkib.

İran KİV İlham Əliyevin reytinq və nüfuzunun namizədliyini irəli sürən 6 rəqibindən fantastik dərəcədə çox olduğunu etiraf edib.

“Bakının Qarabağ bölgəsinə nəzarəti bərpa etməsindən sonra İlham Əliyevin populyarlığı pik həddə çatıb”, – Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “Fars” xəbər agentliyi qeyd edib.

Bununla yanaşı, işğaldan azad edilmiş bölgələrdə ilk dəfə olaraq seçki məntəqələrinin yaradılması xüsusi vurğulanıb./axar.az

COP29

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv