İran və ABŞ arasında GİZLİ RAZILAŞMA? – "Şərtlər qəbul edilməsə, enerji obyektləri vurulacaq"

media-hightechnic-468x90

“Trampın Hörmüz boğazı açılmadan müharibənin dayandırılması ehtimalını səsləndirməsi son bir ilin ən yumşaq yanaşmasıdır”.

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Son günlər İran prezidenti və digər rəsmilərin müharibənin dayandırılması üçün sadəcə “bir daha başlamayacağına dair təminat” şərti irəli sürməsi diqqətdən qaçmayıb. Politoloq İranın müharibənin ilk günlərindən fərqli olaraq şərtləri yumşaltmağa məcbur edən səbəbləri belə izah edib:

“ABŞ və İranın bəyanatlarında qarşılıqlı yumşalma müşahidə olunur. Diqqət yetirsək görərik ki, Tramp da artıq Hörmüz boğazı açılmadan müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Bu, İranla böhranlı münasibətlərin davam etdiyi son bir il ərzində səsləndirilən ən yumşaq yanaşmalardan biri kimi dəyərləndirilə bilər.

Təbii ki, bu bəyanatı növbəti xəbərdarlıq tamamlayır: İran müharibənin dayandırılması şərtlərini qəbul etməyəcəyi təqdirdə, enerji resursları və strateji əhəmiyyətli obyektlərin vurulması davam edəcək. Ümumiyyətlə, hər iki tərəfin səsləndirdiyi fikirlər göstərir ki, həm ABŞ, həm də İran müharibənin dayandırılmasında və danışıqlar mərhələsinə keçiddə maraqlıdırlar. Hər bir halda, hər iki ölkə öz maraqları daxilində müxtəlif şərtlərlə konkret addımlar atmağa hazır olduqlarını büruzə verirlər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05