İranda elektrik böhranı yaranıb

media-hightechnic-468x90

İranın Enerji Nazirliyi elektrik istehlakının rekord səviyyəyə çatdığını açıqlayıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, nazirlik elektrik enerjisindən həddən artıq istifadə olunmasının arzuolunmaz hallara səbəb olacağını bildirib. Rəsmi hesabatda bütün ölkədə elektrik enerjisinin verilişində fasilələrin yaranacağı bildirilib. Gün ərzində 58 min meqavat elektrik enerjisinin istehsal olunduğu, lakin istehlak rəqəmlərinin bu həddi aşmaq üzrə olduğu qeyd olunub.

Hesabatda vətəndaşlara xəbərdarlıq edilib:

“Enerji Nazirliyinin rəsmi nümayəndələrinin xəbərdarlıqlarına və elektrik enerjisindən qənaət edilməsi üçün iş saatlarının azaldılması kimi tədbirlərə baxmayaraq, istehlak göstəriciləri rekord səviyyədən enmir. Ölkəmizin elektrik şəbəkəsi böhran vəziyyətindədir”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600