İranda İsrailə casusluqda ittiham olunan 4 kürd EDAM EDİLDİ

media-hightechnic-468x90

İranda təxribat planlaşdırmaqda və İsrailin gizli xidməti “Mossad” ilə əlaqədə ittiham olunan dörd nəfər edam edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə İran dövlət mediası İRNA məlumat yayıb.

Agentlik bildirib ki, bu şəxslər 2022-ci ildə İsfahan şəhərinin mərkəzində İran Müdafiə Nazirliyinə məxsus raket və müdafiə avadanlığı istehsal edən zavoda hücum planlaşdırmaqda təqsirli biliniblər.

Əməliyyatın “Mossad” tərəfindən planlaşdırıldığı məlum olub.

İrana daxil olmamışdan əvvəl dördünün də Afrika ölkələrindən birində İsrail agentliyi tərəfindən təlim keçdiyi bildirilir. Onların İran vətəndaşları olduğu müəyyən edilib.

Xuraman Etibarlı

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05