İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Mircavə sərhəd rayonunda narkotik deposu aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti sərhəd qoşunları komandanı polkovnik Məhəmməd Mollaşahi deyib.
M.Mollaşahinin sözlərinə görə, Mircavə rayonu sərhədçilərinin keçirdiyi əməliyyat nəticəsində gizli bir depoda 1,68 ton tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
İranın Sistan və Bəluçestan vilayəti Əfqanıstan və Pakistanla sərhəddə yerləşir.
www.yenicag.az