İranda 31 yaşlı iki uşaq anası baş örtüyü qaydalarına əməl etmədiyi üçün polis tərəfindən kürəyindən güllələnib. Hadisədən sonra 3 həftədir xəstəxanada müalicə alan qadının vəziyyəti ağır olaraq qalır.
Yenicag.az xəbər verir ki, İranın Nur şəhərində 31 yaşlı Arezu Bədri adlı qadın dostu ilə evə gedərkən baş örtüyü qaydalarını pozduğunu əsas gətirərək polis əməkdaşları tərəfindən saxlanılıb. Polisin səsgücləndirici vasitəsilə dayandırmasını istədiyi qadınlar qorxu içində yollarına davam ediblər.
Bu zaman polis məmuru silahdan istifadə edərək əvvəlcə sükana, sonra isə avtomobilin qapısına atəş açıb. Bu vaxt güllələrdən biri Bədrinin kürəyinə dəyib. Yaralı qadın ətrafdakılar tərəfindən xəstəxanaya çatdırılıb.
Tehranın “Vəliyi Əsr” xəstəxanasının reanimasiya şöbəsində müalicə alan qadının ağciyərləri və onurğası ciddi zədələnib. Qadının vəziyyəti ağır olaraq qalarkən, İran polisi xəstəxananın ətrafında ciddi mühafizə tədbirləri görüb.
İsmayıl Bakuvi
www.yenicag.az