Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İrandan Azərbaycan və Ermənistana Qarabağ çağırışı

Reklam: Sinerji Pro

“İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz potensialından istifadə edəcək”.

Bunu APA-nın müxbirinin İranın Dağlıq Qarabağ münaqişəsindəki rolu ilə bağlı sualına cavabında İran parlamentinin sədri Əli Laricani deyib.

Ə. Laricani bildirib ki, bölgədə yeni gərginliyin yaşanması üçün potensial yoxdur: “Münaqişə tərəflərindən istəyirik ki, hazırkı şəraitdə buna imkan verməsinlər. Regionda müharibənin olması hər iki ölkə üçün problemlər yaradacaq”.

Ə. Laricani qeyd edib ki, İran həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərə malikdir: “Ümid edirik ki, hazırkı şəraitdə münaqişə daha da gərginləşməyəcək. İran Dağlıq Qarabağ münaqişəsinin həlli və yaranacaq problemlərin yoluna qoyulması üçün öz potensialından istifadə edəcək”.

İran parlamentinin sədri Suriya məsələsinə toxunaraq ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üçün bölgəyə hərbi qüvvə göndərməsindən danışıb: “Ümid edirik ki, onlar keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlar. Necə ki, 6 trilyon dollar ziyan görüblər və 5 min əsgərləri həlak olub. Bu baxımdan keçmişdə etdikləri səhvləri təkrar etməməlidirlər. Trampın rəqiblərindən biri demişdi ki, biz İŞİD-in yaradılması üçün lazım olan xərci çəkdik. İndi də zəhmət çəksin, onu məhv etsin. Ümid edirik ki, ABŞ-ın yeni prezidenti ağıllı davranacaq”.

 

www.yenicag.az

107