İrandan İsrailə növbəti raket zərbələri başladı

media-hightechnic-468x90

İrandan İsrailə növbəti raket zərbələri başlayıb. Təl-Əviv və ətraf ərazilərdə hava hücumu xəbərdarlığı edilib.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin yerli 9Tv telekanalı məlumat yayıb.

Kanalın xəbərinə görə, Təl-Əvivdə və peyk şəhərlərdə həyəcan siqnalı səslənir.

“Ordunun məlumatına görə, bir neçə dəqiqə əvvəl İranda raket buraxılışı qeydə alınıb – raketlər İsrail ərazisinə buraxılıb. Görünür, söhbət stratosferə uçmaq və oradan verilmiş koordinatlarda “düşmək” üçün bir neçə dəqiqə lazım olan ballistik raketlərdən gedir”, məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, İsrailin hava hücumundan müdafiə sistemi təhlükəni dəf etməyə hazırdır.

“Vətəndaşlardan arxa komandanlığın göstərişlərinə ciddi əməl etmələri tələb olunur”, İsrail ordusunun sözçüsü bildirib”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600