!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın gələcək ali dini kim ola bilər? – İranlı araşdırmaçı ŞOK FAKTLAR açıqladı

!Reklam – Yazi

“İranın ali dini lideri Seyid Əli Xamneyi üçün oğlu Müctəbanı ali dini rəhbər təyin etmək asan deyil. Birincisi, xalqın böyük qismi Müctəbaya nifrət edir. İranda indiyə qədər Ayətullah Xamneyi nə qədər tənqidlərə məruz qalsa da, o İran siyasi sistemində önəmli balanslaşdırıcı şəxs olub”.

Yenicag.az xəbər verir ki, bu barədə iranlı araşdırmaçı jurnalist Əziz Əhmədi “The Sunday Times” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər Müctəba Xamneyi İranın ali dini rəhbəri olarsa, bu zaman dini rejimin legitimliyi şübhə altına düşə bilər:

“Çünki İran İslam inqilabı həm də şah rejiminə son qoymuş bir inqilab idi. İslam dövləti seçkili sistem idi, Xamneyinin özü belə seçilib və prezidentlər dəyişib. Məncə, Müctəba dini rəhbər olsa, hər kəsə məlumdur ki, ölkəni SEPAH idarə edəcək”.

Ə. Əhmədiyə görə, İran ali dini rəhbərliyinə namizdələr sırasında adı keçməsə belə, Sadiq Laricani də namizədlərdən biridir.

“Sadiq Laricani uzun illər İran məhkəmə sisteminin rəhbəri kimi çalışıb. Nüfuzlu din xadimi və hüquq mütəxəssisidir. Qardaşı Əli Laricani də uzun illər İran parlamentinin sədri olub və son prezident seçkilərində Xamenei Rəisiyə mane olmaması üçün onu prezidentlik yarışından kənarlaşdırdı”, – deyə o bildirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv