!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın panfarsizm düşüncə sistemi: “Tehran Azərbaycanı özünə daimi rəqib kimi görür”

!Reklam – Yazi

“Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən indiyə qədər İranın Azərbaycana qarşı münasibəti birmənalı olmayıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Strateji Araşdırmalar Mərkəzinin sədri, iranşünas Sədrəddin Soltan deyib.

Analitik Ermənistanda ABŞ əsgərlərinin mövcudluğu ilə Tehran administrasiyasının sakit qalmasına, habelə İranın Azərbaycanda İsrail bazalarının olması ilə bağlı absurd iddialarına toxunub.

Onun fikrincə, istər Məsud Pezeşkian, istərsə də qeyri bir Pezeşkian hakimiyyətə olsun, İran Azərbaycana heç vaxt səmimi və bir müsəlman dövləti kimi yanaşmayacaq:

“Tehran Azərbaycanı özünə daimi rəqib və düşmən kimi görür. Bunun da səbəbi bəllidir: çünki İranda 30 milyondan çox Azərbaycan türkü var ki, onların da milli haqları mövcuddur. Azərbaycan dövləti isə bu insanların dil haqqını tələb edir. Üstəgəl, Azərbaycanın qüdrətli dövlət olması öz milli haqlarının təmin olunması istiqamətində təkan və stimuldur. Ona görə də Tehran hakimiyyəti Azərbaycanın zəif düşməsinə çalışır və bizə təzyiqlər göstərir”.

“Bu yaxınlarda İranın Ermənistandakı – Qafandakı baş konsolu Mürtəza Abedin Vəramin müsahibəsində deyib ki, Ermənistanın kimlə əlaqə saxlaması öz işidir. Burada ortaya çıxan məsələ isə budur ki, Ermənistan bu gün ABŞ ilə ikitərəfli geniş əlaqələr saxlayır və Vaşinqton administrasiyası Qərbi Zəngəzurda hərbi təlimlər keçirir və hərbi baza yaradır. Eləcə də İsrail Mehri rayonu istiqamətində ticarət şəbəkəsi yaratmağa hazırlaşır. Necə olur ki, İran Ermənistanın ABŞ və İsraillə münasibətlərinə göz yumur, amma Azərbaycan ABŞ-dən olan bir diplomata salam verəndə bunu dağ başına çıxarırlar”, – deyə o, əlavə edib.

S. Soltana görə, Tehran hakimiyyəti üçün Azərbaycanın ABŞ, İsrail və NATO ilə görüşüb əməkdaşlıq etməsini əsas deyil:

“Əsas məsələ bu tip mövzulardan Azərbaycana təzyiq aləti olaraq istifadə etməkdir. Bu gün Ermənistanın əlaqələrin göz yumulur, çünki Ermənistan İrandan hər hansı bir məsələ ilə bağlı tələb irəli sürmür. Ona görə ki İranda yaşayan ermənilərin bütün hüquqları təmin olunur. Hətta İrandakı ermənilərə dərslikləri İrəvandan hazırlayıb göndərirlər. Amma İrandakı 30 milyon türkün ana dilində 1 sinfi belə yoxdur. Məhz buna görə də İran Azərbaycanla münasibətlərində ABŞ amilini bəhanə kimi istifadə edir”.

“Əslinə qalsa, İran hakimiyyəti panfarsizm düşüncə sistemi ilə idarə olunduğu üçün türkləri və türk dövlətlərini sevmir. Məntiqlə götürsək, İran bizə daha yaxındır və ölkənin 30 milyondan çoxu türkdür. Belə olan halda, biz İranla qardaş olmalıyıq, lakin qardaş olmağımıza panfarsizm düşüncəsi imkan vermir. İran da bu tip məsələlərdən ölkəmizə təzyiq vasitəsi kimi istifadə edir.

Yeri gəlmişkən, Məsud Pezeşkianın Azərbaycana qarşı yayılmış iddialarına dair rəsmi Tehran hələ də açıqlama verməyib. Bu ya Pezeşkianın doğrudan da belə bir ifadə etdiyini təsdiqləyir, ya da İran hakimiyyəti bu məsələlərdə ayı davranışı edir. Çünki ayılar bir şeyi iyləməmiş onu yemirlər”, – o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv